Bank Of Baku

Azərbaycan Dövlət Dəmir Yolu gücləndirilmiş iş rejiminə keçib

Azərbaycan Dövlət Dəmir Yolu gücləndirilmiş iş rejiminə keçib
# 25 iyul 2008 13:21 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Havaların isti keçməsi nəticəsində qəzaların yaranmaması üçün Azərbaycan Dövlət Dəmir Yolu (ADDY) gücləndirilmiş iş rejiminə keçib. Bu barədə «APA-Economics»ə ADDY-nin baş mühəndisi Qurban Nəzirov məlumat verib. Q. Nəzirovun sözlərinə görə, yollarda növbətçilik yaradılıb və müntəzəm yoxlamalar aparılır. Baş mühəndis bu günədək hələlik hər hansı hadisənin baş vermədiyini də söyləyib.
Qeyd edək ki, son iki ildə yayda havaların isti keçməsi nəticəsində dəmir yolunda bir neçə dəfə qəza baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR