Bank Of Baku

Dünya Bankı Azərbaycanda icra olunan nəqliyyat və ekoloji layihələrin yeni mərhələlərini hazırlayacaq

Dünya Bankı Azərbaycanda icra olunan nəqliyyat və ekoloji layihələrin yeni mərhələlərini hazırlayacaq
# 28 iyul 2008 08:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Növbəti 1-1,5 il ərzində Dünya Bankı (DB) ilə Azərbaycan hökuməti hazırda həyata keçirilən nəqliyyat (magistral yollarının tikintisi) və ekoloji layihələrin yeni mərhələlərini hazırlayacaq. DB-nin Bakı nümayəndəliyindən «APA-Economics»ə verilən məlumata görə, bu layihələr üzrə DB Azərbaycana yardım göstərməyə davam edəcək. Hazırda bu məsələlər üzrə tərəflər arasında danışıqlar aparılır.
Qeyd edək ki, hazırda Azərbaycanda DB-nin dəstəyi ilə nəqliyyat və ekologiya sahələri üzrə «Abşeron yarımadasında neftlə çirklənmiş ərazilərin təmizlənməsi» və «Azərbaycanda magistral avtomobil yollarının yenidən qurulması» layihələri həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR