Bank Of Baku

Azərbaycan milli peyki ilə bağlı tələb olunan məlumatları bu həftə Beynəlxalq Telekommunikasiya İttifaqına təqdim edəcək

Azərbaycan milli peyki ilə bağlı tələb olunan məlumatları bu həftə Beynəlxalq Telekommunikasiya İttifaqına təqdim edəcək
# 28 iyul 2008 09:32 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan planlı orbital mövqeyinin ayrılması məqsədilə Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) tələb etdiyi texniki məlumatların hazırlanmasını yekunlaşdırıb. Bunu “APA-Economics”ə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirmə şöbəsinin baş məsləhətçisi Qulam Abdullayev deyib. Q. Abdullayevin sözlərinə görə, işçi qrupun uzun müddət üzərində işlədiyi həmin məlumatlar bu həftə İTU-ya təqdim ediləcək. Azərbaycanın növbəti 10 il üçün gözlənilən perspektivi nəzərə alınmaqla, hazırlanan bu məlumatlarda Azərbaycan peykinin yayım zonası, televiziya, İnternet, telefon kanallarının sayı və göstəriləcək xidmətlərin növləri ilə bağlı ölkəmizin istəkləri öz əksini tapıb. Azərbaycan bu məlumatlarda milli peykin Skandinaviya ölkələri istisna olmaqla, Avropanı tam, Qazaxıstanın böyük hissəsini əhatə etməklə isə Asiyanın yarısını əhatə etmək istədiyini göstərib. İTU-nun bu təkliflər əsasında planlı orbital mövqeyin ayrılması məsələsinə baxaraq, oktyabrın sonu, noyabrın əvvəlinədək Azərbaycana cavab verəcəyi gözlənilir.
Qeyd edək ki, dünyada peykin buraxılması layihələrinin icrası təxminən 100-160 milyon dollara başa gəlir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR