Bank Of Baku

«İmişli Yol Tikinti-6» ASC-nin səhmlərinin 30%-nin satışı üzrə investisiya müsabiqəsi elan edilib

«İmişli Yol Tikinti-6» ASC-nin səhmlərinin 30%-nin satışı üzrə investisiya müsabiqəsi elan edilib
# 28 iyul 2008 10:53 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) «İmişli Yol Tikinti-6» ASC-nin səhmlərinin 30%-nin satışı üzrə investisiya müsabiqəsi elan edib. DƏİEDK-dən «APA-Economics»ə verilən məlumata görə, müsabiqədə yerli və xarici investorlar iştirak edə bilərlər. İyulun 1-i tarixinə İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yerləşən səhmdar cəmiyyətinin nizamnamə kapitalı 1 062 190 manat, buraxılmış səhmlərinin sayı 531 095 ədəd, səhmlərinin növü sənədsiz adlı, bir səhminin nominal dəyəri 2 manat təşkil edib. İnvestisiya müsabiqəsinə ümumi nominal dəyəri 318 678 manat olan 159 339 ədəd səhm çıxarılıb.
Səhmdar cəmiyyətinin digər müəssisələrdə iştirak payı və qeyri-maddi aktivləri yoxdur. Səhmdar cəmiyyətinin cəmi öhdəlikləri 849 718 manat (o cümlədən, əməkhaqqı və ona bərabər borclar 52 486 manat, mal, iş və xidmətlərə görə borclar 791 967 manat), debitor borcları isə 860 363 manatdır.
İddiaçılar səhmdar cəmiyyətinin emissiya prospekti ilə tanış olmaq və investisiya müsabiqəsi haqqında əlavə məlumat əldə etmək üçün avqustun 26-dək DƏİEDK-in B inzibati binasına müraciət edə bilərlər. İddiaçıların ərizə və təkliflərinin qəbulu avqustun 26-dək aparılacaq. Müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi isə avqustun 28-dən başlayaraq həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR