Bank Of Baku

Azərbaycan «Dəmir yolunun yenidən qurulması layihəsi»nin üçüncü təklifinin təqdimatı keçiriləcək

Azərbaycan «Dəmir yolunun yenidən qurulması layihəsi»nin üçüncü təklifinin təqdimatı keçiriləcək
# 28 iyul 2008 13:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Sabah Azərbaycan Dövlət Dəmir Yolunda (ADDY) «Dəmir yolunun yenidən qurulması layihəsi»nin üçüncü təklifinin təqdimatı keçiriləcək. ADDY-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov «APA-Economics»ə bildirib ki, layihəni Koreya Dəmir Yolları Şəbəkəsinin mütəxəssisləri hazırlayıb. Layihədə Bakı-Böyük Kəsik (Gürcüstanla dövlət sərhədi) istiqamətində dəmir yolunda sürətin mövcud 80 km/saatdan 120 km/saatadək artırılması, dəmir yolunun modernləşdirilməsi və s. nəzərdə tutulur.
Qeyd edək ki, layihə 3 mərhələdən ibarət olacaq: Bakı-Hacıqabul, Hacıqabul-Gəncə, Gəncə-Böyük Kəsik. Tikinti işlərinin 2008-2011-ci illər ərzində başa çatdırılması nəzərdə tutulur. Maliyyə vəsaitinin bir hissəsini Azərbaycan dövləti, qalan hissəsini isə Koreya tərəfi Azərbaycan dövlətinin zəmanəti ilə kredit şəklində ödəyəcək.
N. Əzməmmədov bildirib ki, bu il iyunun 17-də Azərbaycana gəlmiş koreyalı mütəxəssislər Bakı-Böyük Kəsik dəmir yolunda mövcud infrastrukturla tanış olublar. Koreyalı mütəxəssislər dəmir yolunun bütün sahələrinə, stansiya, keçid yolları, rabitə və işarəvermə sistemlərinə baxış keçiriblər.
Xatırladaq ki, cari ilin may ayının 19-da bu layihə ilə bağlı Azərbaycanla Koreya arasında müvafiq anlaşma memorandumu imzalanıb. Layihənin ümumi dəyəri ilkin olaraq 2 mlrd. ABŞ dolları həcmində qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR