Bank Of Baku

Azərbaycanın süni peykinin hazırlanması və buraxılması ilə Türkiyə və ABŞ şirkətləri məşğul olacaq

Azərbaycanın süni peykinin hazırlanması və buraxılması ilə Türkiyə və ABŞ şirkətləri məşğul olacaq
# 29 iyul 2008 10:22 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan süni peykinin hazırlanması və orbitə buraxılması məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) xarici ölkələrin şirkətləri ilə apardığı danışıqların ilkin nəticələri məlum olub. Nazirliyinin dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirmə şöbəsinin baş məsləhətçisi Qulam Abdullayev “APA-Economics”ə deyib ki, bu işdə iştirak etmək üçün müraciət edən xarici şirkətlərdən yalnız ikisinin təklifləri məqsədəuyğun sayılıb. Hazırda nazirlik peykin hazırlanması və buraxılması ilə bağlı ABŞ-ın “Orbital” və Türkiyənin “Türksat” şirkəti ilə danışıqlar aparır. Bu şirkətlərlə aparılan danışıqlarda əsas mövzu peykin hazırlanması, buraxılması, Azərbaycanda yerüstü stansiyanın tikilməsi, peykin atılması, onun Yerdən idarə olunması məsələləridir. Qeyd edilən proseslərdə hər iki şirkətin Azərbaycanla birgə iştirak edəcəyi, yaxın bir ay ərzində həmin şirkətlərlə müqavilənin imzalanacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR