Bank Of Baku

«Azercell»lə Qazaxıstanın «Mobile Telecom-Service» operatoru arasında beynəlxalq rouminq xidməti istifadəyə verilib

«Azercell»lə Qazaxıstanın «Mobile Telecom-Service» operatoru arasında beynəlxalq rouminq xidməti istifadəyə verilib
# 29 iyul 2008 11:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti beynəlxalq rouminq xidmət dairəsinin genişləndirib.
«Azercell»dən «APA-Economics»ə verilən məlumata görə, «Azercell Telecom» MMC ilə Qazaxıstanın «Mobile Telecom-Service» LLP (NEO) (GSM 900) operatoru arasında birtərəfli beynəlxalq rouminq xidməti istifadəyə verilib ki, bu da, Qazaxıstan ilə sayca 3-cü rouminq müqaviləsidir. Hazırda «Azercell» abonentləri Qazaxıstanın «K’Cell» və «Kartell LLC» operatorlarının xidmətindən yararlanırlar.
Qeyd edək ki, indiyə kimi «Azercell Telecom» MMC 141 ölkənin mobil rabitə operatorları ilə 348 rouminq sazişi bağlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR