Bank Of Baku

Azərbaycanın Sumqayıt şəhərinə yeni şollar kəməri çəkiləcək

Azərbaycanın Sumqayıt şəhərinə yeni şollar kəməri çəkiləcək
# 29 iyul 2008 13:37 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın Sumqayıt şəhərini şollar suyu ilə təmin edən ikinci kəmərin çəkilməsi planlaşdırılır. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib. Dənizin kənarı ilə 500 mm diametrli kompozit borularla çəkiləcək yeni kəmərin uzunluğu 9,8 km olacaq. Eyni zamanda mövcud şollar su xətti də yeniləşdiriləcək. Sumqayıt şəhərinin şimal hissəsini və yeni salınmış yaşayış massivlərini içməli su ilə təchiz edəcək.
Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən çəkilmiş əvvəlki xəttin uzunluğu 11 km-dən artıqdır.
Kəmərin layihəsini «Azərsu» SC-nin Su Kanal Elmi Tədqiqat və Layihə İnstitutu hazırlayıb və kəmərin tikintisi dövlət başçısının xüsusi sərəncamı əsasında maliyyələşdiriləcək. Yaxın günlərdə Sumqayıt şəhər İcra Hakimiyyətində layihənin təqdimatının keçirilməsi nəzərdə tutulur.
Kəmərin tikintisinə bu ilin sonu, gələn ilin əvvəllərində başlanılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR