Bank Of Baku

Azərbaycanda Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi fəaliyyətə başlayacaq

Azərbaycanda Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi fəaliyyətə başlayacaq
# 29 iyul 2008 13:54 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı”na (2007-2012-ci illər) uyğun olaraq 2008-2009-cu tədris ilindən Qəbələdə Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi fəaliyyətə başlayacaq. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, bu müəssisə Azərbaycanda turizm və otelçilik üzrə fəaliyyət göstərəcək ilk peşə tədris mərkəzi olacaq. Mərkəzdə orta ümumtəhsil məktəbi şagirdlərinə təhsillərini davam etdirməklə yanaşı, ödənişli yolla peşə təhsili almaq imkanı da yaradılacaq. Eyni zamanda əsas iş yerindən ayrılmamaqla əlavə peşə almaq, ixtisasartırmadan keçmək də mümkün olacaq. Müasir standartlar səviyyəsində yaradılacaq mərkəzdə barmen- bufetçi, ofisiant, aşpaz, qənnadçı, otel nəzarətçisi, ekskursovod, gid-bələdçi, turist səfərlərinin təşkili üzrə sifarişlərin qəbulu agenti, otel xidməti, kastelyanşa, qapıçı, otel inzibatçısı peşələri üzrə ixtisaslı kadrlar hazırlanacaq. Mərkəzin yaradılmasında əsas məqsəd regionda turizm və otelçilik sahələrinin inkişafına nail olmaq, turizm və otel obyektlərində xidmət səviyyəsinin yüksəldilməsinə yardım göstərməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR