Bank Of Baku

Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi ilə bağlı monitorinq aparılıb

Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi ilə bağlı monitorinq aparılıb
# 31 iyul 2008 13:19 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinin monitorinqini aparıb. “APA-Economics”in məlumatına görə, komitənin sədri Mirvari Qəhrəmanlı keçirdiyi mətbuat konfransında bildirib ki, su kəmərinin inşası zamanı torpağa dəyəcək əsas mənfi təsirlərin azaldılması üçün qabaqcadan tədbirlər görülməli idi: “Tikinti işlərindən əvvəl torpaq quruluşuna dəyəcək zərərin qarşısını almaq üçün torpağın üst qatı kənarlaşdırılmalıydı. Amma monitorinq zamanı müəyyən olunub ki, torpağın münbit qatı kənarlaşdırılmır. Bu isə torpağın münbit qatının itməsinə səbəb olur”. M. Qəhrəmanlı deyib ki, tikinti ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən ətraf mühitin qiymətləndirilməsinə dair sənədin tələb edilməsinə baxmayaraq, həmin sənəd tam həcmdə təşkilata verilməyib. Monitorinq nəticəsində bu sənədin Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiqlənmədiyi, amma buna baxmayaraq, tikinti işlərinin bir ildən çoxdur aparıldığı bəlli olub.
Monitorinq Qrupunun üzvi Namiq Rzayev isə su kəmərinin çəkilməsi nəticəsində yerli quyuların suyunun azalacağını söyləyib. Onun sözlərinə görə, bu kəmərlə Bakıya gətiriləcək suyun tərkibində insan orqanizmi üçün ziyanlı olan pestisidlər var.
Qeyd edək ki, “Azərsu” ASC və Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələyə münasibət bildirməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR