Bank Of Baku

“Azercell” ötən ay 19 yeni stansiya quraşdırıb

“Azercell” ötən ay 19 yeni stansiya quraşdırıb
# 06 avqust 2008 14:08 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA-Economics. Azərbaycanın mobil operatoru olan “Azercell” şirkəti əhatə dairəsini genişləndirmək iyulda 19 yeni stansiyanı abonentlərinin istifadəsinə verib. Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, stansiyalardan 5-i Bakı, 2-i Abşeron, digərləri isə Lerik, Gəncə, Ağsu, Şəki, Qəbələ, Mingəçevir, Bərdə, Xaçmaz, Ucar və Balakən rayonlarının ərazisində quraşdırılıb. Ümumilikdə hazırda “Azercell”in 1456 stansiyası fəaliyyət göstərir. Bununla yanaşı, 2 rezervləşdirilmiş abonent bazası, 15 baza stansiyalarına nəzarətçi sistemi, 16 mobil rabitə kommutasiya mərkəzi quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR