Bank Of Baku

Azərbaycan dəmiryolçuları Koreyada ixtisasartırma kurslarında iştirak edəcəklər

Azərbaycan dəmiryolçuları Koreyada ixtisasartırma kurslarında iştirak edəcəklər
# 08 avqust 2008 09:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Dövlət Dəmir Yolunun (ADDY) mütəxəssisləri Koreyada ixtisasartırma kurslarında iştirak edəcəklər. Bu barədə «APA-Economics»ə ADDY-nin mətbuat xidmətindən məlumat verilib. Avqustun 20-dən sentyabrın 10-dək davam edəcək səfər çərçivəsində Azərbaycan dəmiryolçuları Koreya Dəmir Yolları Şəbəkəsinin iş fəaliyyəti, tətbiq etdikləri müasir texnologiyalarla tanış olacaqlar. Gələcəkdə bu təcrübənin yeniləşmiş Azərbaycan dəmir yolu infrastrukturunda tətbiqi planlaşdırılır.
Qeyd edək ki, hazırda Koreya Dəmir Yolları Şəbəkəsi Azərbaycanda Bakı-Böyük Kəsik-Gürcüstan sərhədi dəmir yolu infrastrukturunun yeniləşdirilməsi layihəsində iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR