Bank Of Baku

«Azercell» şirkəti daha 4 xarici mobil operatorla rouminq müqaviləsi bağlayıb

«Azercell» şirkəti daha 4 xarici mobil operatorla rouminq müqaviləsi bağlayıb
# 14 avqust 2008 11:46 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti Tacikistanın «Indigo», ABŞ-ın «Nextel», Rusiyanın «NTC» və Makaonun «CTM» operatorları ilə GPRS/MMS rouminq xidmətinin təşkili ilə əlaqədar müqavilələr bağlayıb.
«Azercell»dən «APA-Economics»ə verilən məlumata görə, bu, «Azercell»in Tacikistan ilə ikinci, ABŞ ilə dördüncü, Makao ilə birinci, Rusiya ilə isə dördüncü analoji rouminq müqaviləsidir. «Azercell» abonentləri hazırda Tacikistanın «Babilon-Mobile», Rusiyanın «Megafone», «VımpelCom», «MTS», ABŞ-ın isə «T-Mobile», «Cingular Wireless», «Cincinnati Bell Wireless» operatorlarının xidmətindən yararlanırlar.
Ümumilikdə isə indiyədək «Azercell» şirkəti 63 ölkənin mobil rabitə operatorları ilə 133 GPRS/MMS rouminq sazişi bağlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR