Bank Of Baku

ABŞ-da dünyanın ən bahalı avtomobili istehsal olunacaq

ABŞ-da dünyanın ən bahalı avtomobili istehsal olunacaq
# 15 avqust 2008 13:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. ABŞ-ın «DiMora Motorcar» avtomobil şirkəti dünyanın ən bahalı avtomobil modelini istehsal edəcək.
«APA-Economics»in məlumatına görə, «Natalia SLS 2» adını daşıyacaq sedanın kuzovu unikal materialdan olacaq. Belə ki, avtomobil gövdəsi vulkan kütləsindən alınan lifdən hazırlanacaq. Avtomobil kuzası yüngül, eyni zamanda möhkəm və etibarlı olacaq. «Natalia SLS 2» avtomobili V16 mühərriki (1 200 at gücü) ilə təchiz olunacaq. Avtomobilin qiyməti isə 2 mln. ABŞ dolları təşkil edəcək.
Qeyd edək ki, dünyanın 10 iri ölkəsində otel və mehmanxanası olan «Luxury Resort Villas» artıq bu avtomobilin 17 ədədini sifariş edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR