Bank Of Baku

Azərbaycan Ümumdünya Poçt İttifaqının iki ən ali orqanına üzv seçilib

Azərbaycan Ümumdünya Poçt İttifaqının iki ən ali orqanına üzv seçilib
# 15 avqust 2008 14:27 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Ümumdünya Poçt İttifaqının (ÜPİ) 25-ci Konqresi 2012-ci ildə Qatarda keçiriləcək.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun «APA-Economics»ə verdiyi məlumata görə, ÜPİ-nin 24-cü konqresi iyulun 23-dən avqustun 12-dək Cenevrə (İsveçrə) şəhərində keçirilib. ÜPİ-yə üzv olan 191 ölkədən 170-nin iştirak etdiyi bu tədbirdə Azərbaycanı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
M.Əmirov bildirib ki, tədbirdə ÜPİ-nin Administrativ Şurasının seçkiləri də keçirilib. Azərbaycan ikinci dəfə 4 il müddətində həmin şuranın üzvü seçilib. Səsvermədə iştirak edən 170 ölkədən 103-ü Azərbaycanı dəstəkləyib. Bununla yanaşı, Azərbaycan ÜPİ-nin Poçt İstismarı Şurasına 41 ölkədən biri olaraq, ilk dəfə üzv seçilib. ÜPİ-in ən ali qurumlarından sayılan hər iki şuranın üzvlüyünə namizədliyini vermiş MDB ölkələrindən yalnız Azərbaycan və Rusiya hər iki şuraya üzv seçilə bilib. MDB ölkələrindən Ukrayna və Qazaxıstan yalnız Administrativ Şuraya üzv seçilib. Moldova və Ermənistan isə seçkilərdə iştirak etsələr də, heç bir quruma üzv seçilə bilməyib.
Konqresin yekun iclasında iştirak edən Ə.Abbasov ÜPİ-nin baş direktoru Eduard Dayanla da görüşüb. Nazir E.Dayanı ikinci dəfə ÜPİ-nin baş direktoru vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edib. Nazir ÜPİ rəhbəri ilə görüşündə Azərbaycanın poçt rabitəsi sahəsində həyata keçirilən islahatlar, Azərbaycanla ÜPİ arasında mövcud əməkdaşlığın gələcək perspektivləri və s. məsələlərlə bağlı müzakirələr aparıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR