Bank Of Baku

«Z.Tağıyev-Sahil qəsəbəsi avtomobil yolunun yenidən qurulması Layihəsi» çərçivəsində tender keçirilir

«Z.Tağıyev-Sahil qəsəbəsi avtomobil yolunun yenidən qurulması Layihəsi» çərçivəsində tender keçirilir
# 19 avqust 2008 13:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azəryolservis» Açıq Səhmdar Cəmiyyəti «Z.Tağıyev-Sahil qəsəbəsi avtomobil yolunun yenidən qurulması Layihəsi» çərçivəsində tenderin ilkin mərhələsini elan edib.
Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, tenderə dəvətlər bu ilin noyabr ayına ehtimal olunur. Tenderin ilkin seçim mərhələsində iştirak etmək istəyənlər 150 manat məbləğində iştirak haqqı ödəməlidirlər. Tenderin ilkin seçim mərhələsi üzrə müraciətlər bu ilin sentyabr ayının 24-dək təqdim olunmalıdır.
Qeyd edək ki, iki zolaqlı yolun ümumi uzunluğu 41,3 km təşkil edir. Yolun yenidən qurulması çərçivəsində körpülərin və boruların tikintisi də nəzərdə tutulur.
Əlaqə telefonu: (+994 12) 493 00 45.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR