Bank Of Baku

Sabah Misir dəmiryolçularının Həmkarlar İttifaqı Komitəsinin nümayəndə heyəti Azərbaycana gələcək

Sabah Misir dəmiryolçularının Həmkarlar İttifaqı Komitəsinin nümayəndə heyəti Azərbaycana gələcək
# 20 avqust 2008 07:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin avqust ayının 21-də Misir Ərəb Respublikası dəmiryolçularının Həmkarlar İttifaqı Komitəsinin bir qrup nümayəndəsi Bakıya səfər edəcək.
Azərbaycan Dövlət Dəmir Yolu İdarəsindən (ADDY) «APA-Economics»ə verilən məlumata görə, nümayəndə heyətinə qurumun sədr müavini Hamad Zağlul rəhbərlik edəcək. Təcrübə mübadiləsi məqsədi ilə reallaşan səfər zamanı misirli həmkarlar ADDY-nin Bakı sərnişin və Xaçmaz stansiyalarında, Bakı lokomotiv deposunda və bu günlərdə Nabranda istifadəyə verilən «Lokomotiv» İstirahət Mərkəzində olacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR