Bank Of Baku

Bu il Azərbaycandan 29 təşkilat «Oracle» şirkətinin müştəriləri siyahısına daxil olub

Bu il Azərbaycandan 29 təşkilat «Oracle» şirkətinin müştəriləri siyahısına daxil olub
# 20 avqust 2008 12:46 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Korporativ proqram təminatı üzrə dünyanın ən iri istehsalçılarından olan «Oracle» şirkətinin müştəri bazası və tərəfdaş şəbəkəsi MDB ərazisində 2008-ci maliyyə ili ərzində genişlənib.
«Oracle»ın MDB nümayəndəliyindən «APA-Economics»ə verilən məlumata görə, bir il ərzində MDB-də 2000-dən çox müəssisə «Oracle» məhsullarını əldə edib. İlk dəfə olaraq, bir il ərzində 250-dən çox informasiya texnologiyaları şirkəti «Oracle»ın tərəfdaşı olub. Ümumilikdə, «Oracle» şirkətinin MDB ərazisində müşahidə edilən biznes artımı 30% təşkil edib.
Qeyd edək ki, 2008-ci ildə Azərbaycandan 29 təşkilat «Oracle» şirkətinin müştəriləri siyahısına qoşulub. Bu il ərzində şirkətin ən iri müştəriləri siyahısına Azərbaycandan Vergilər Nazirliyi daxil olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR