Bank Of Baku

Almaniya zirehli «BMW X5» avtomobil modelinin istehsalına başlayıb

Almaniya zirehli «BMW X5» avtomobil modelinin istehsalına başlayıb
# 21 avqust 2008 08:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Almaniyanın «BMW» avtomobil şirkəti yeni «BMW X5 Security» zirehli modelinin istehsalına başlayıb.
«APA-Economics»in məlumatına görə, yeni model 22 mm-lik zirehlə örtüləcək, güllə keçirməyən şüşələr və xüsusi təkər qurşağı ilə təchiz olunacaq. Bu növ şinlərə hətta bir neçə güllə dəyəndə avtomobil hərəkətinə davam edir.
«BMW» şirkətinin nümayəndələrinin sözlərinə görə, yeni modelin təhlükəsizlik dərəcəsi Avropa sistemi ilə VR4 səviyyəsinə aiddir ki, bu da «BMW X5 Security» avtomobilinin həm sürücüsü, həm də sərnişinin həyatı üçün təhlükəni sıfıra endirir. Belə ki, avtomobilin mühafizəsi 44 kalibrli tapança və avtomat gülləsinə tab gətirir.
Qeyd edək ki, yeni model hazırkı adi «BMW X5» modelindən 500 kq ağır olacaq. Avtomobil V8 silindirli mühərriklə təchiz ediləcək. Mühərrikin həcmi 4,8 litr (355 at gücü), avtomobilin maksimal sürəti isə 210 km/saat təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR