Bank Of Baku

Bu həftə «Jiquli» avtomobilinin 38 yaşı tamam olur

Bu həftə «Jiquli» avtomobilinin 38 yaşı tamam olur
# 21 avqust 2008 13:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu həftə keçmiş SSRİ istehsalı olan «Jiquli» avtomobilinin ilk buraxılışından 38 il keçməsi tamam olur.
«APA-Economics»in məlumatına görə, Tolyatti avtomobil zavodunda yığılan ilk «Jiquli» avtomobili 1970-ci ilin məhz avqust ayının ortalarında satılıb. «Jiquli»yə olan tələbat hətta avtomobillərin satışına başlayandan öncə yaranıb. Belə ki, avtomobil satışa çıxarılmamışdan əvvəl alıcılar növbəyə yazılıb. «VAZ-2101» modelinin ilk alıcısı isə Tolyatti zavodunun sex rəisi olub. Həmin avtomobil öz sahibinə 20 il ərzində xidmət edib. Sonradan zavod rəhbərliyi bu avtomobili muzeyə göndərərək ilk «Jiquli»nin yiyəsinə «Samara» avtomobili bağışlayıb.
Qeyd edək ki, 1970-ci ildən etibarən VAZ 4,8 mln-dan artıq avtomobil istehsal edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR