Bank Of Baku

Yaxın günlərdə «Aztelekom» Sabirabadda CDMA baza stansiyasını istifadəyə verəcək

Yaxın günlərdə «Aztelekom» Sabirabadda CDMA baza stansiyasını istifadəyə verəcək
# 21 avqust 2008 14:20 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi (İB) Sabirabad Telekommunikasiya Qovşağında quraşdırılmış yeni CDMA (Code Division Multiple Access) bazasının şəbəkəyə qoşulmasını yekunlaşdırır. «Aztelekom»dan «APA-Economics»ə verilən məlumata görə, yeni baza stansiya yaxın günlərdə istifadəyə veriləcək.
Hazırda «Aztelekom»un CDMA şəbəkəsi Bakı, Abşeron yarımadası, Sumqayıt, Şamaxı, Şəmkir, Şəki, Gəncə, Mingəçevir, Quba, Xaçmaz, Lənkəran, Masallı, Zaqatala, İmişli, Qaz, Balakən, Kürdəmirdə fəaliyyət göstərir. Bununla yanaşı, «Aztelekom» yaxın istirahət zonalarında xidmət göstərən Xaçmaz baza stansiyasının əhatə dairəsinin genişləndirilməsi məqsədilə müvafiq işlər yerinə yetirir. Bu ilin sonuna kimi «Aztelekom» bütün respublika ərazisini CDMA şəbəkəsi ilə əhatə etmək niyyətindədir. Hazırda şəbəkə istifadəçilərinin sayı 12 min nəfəri keçir.
Qeyd edək ki, Bakı və Abşeron yarımadasında CDMA xidmətinin göstərilməsi üçün «Aztelekom» İB «408» indeksini ayırıb. Regionlarda isə CDMA xidmətləri zonal kodlar vasitəsilə göstərilir.
İB öz abonentlərinə 450 MHz (CDMA 450) işçi tezliyində CDMA 2000 1X standartlı mobil xidmət təklif edir. CDMA 450 standartı DSL-ə alternativ genişzolaqlı xətt sayılır və əhalinin informasiyaya çıxışını asanlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR