Bank Of Baku

Azərbaycan Avropa üzrə İqtisadi Komissiyanın üzv ölkələrinin ekspertlərindən ibarət iclasında iştirak edəcək

Azərbaycan Avropa üzrə İqtisadi Komissiyanın üzv ölkələrinin ekspertlərindən ibarət iclasında iştirak edəcək
# 22 avqust 2008 13:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayının 2-4-də Hallştatda (Avstriya) Birləşmiş Millətlər Təşkilatının (BMT) Avropa üzrə İqtisadi Komissiyasının (AİK) Trans-Avropa dəmir yolu (TER) və Trans-Avropa avtomagistralı (TEM) layihələrinin Baş Planın müzakirəsi ilə əlaqədar AİK-in üzvü olan 25 ölkənin ekspertlərindən ibarət iclas keçiriləcək.
Azərbaycan Nəqliyyat Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, iclasın məqsədi 2004-2005-ci illərdə işlənib hazırlanmış TEM və TER layihələrinə yenidən baxılması və Baş Planın coğrafi əhatəsinin üzv ölkələr çərçivəsində genişləndirilməsi, nəqliyyat infrastrukturlarının inkişafı üzrə mövcud imkanlar və maneələrin müzakirə edilməsidir.
Görüşdə Azərbaycandan Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin sektor müdiri Əli Qasımov və Beynəlxalq əlaqələr şöbəsinin sektor müdiri Şahin İsmayılov iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR