Bank Of Baku

Azərbaycan şirkəti Türkmənistanda keçiriləcək sərgidə iştirak edəcək

Azərbaycan şirkəti Türkmənistanda keçiriləcək sərgidə iştirak edəcək
# 25 avqust 2008 08:18 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycanın «ULTRA Computers» şirkəti bu ilin sentyabr ayının 24-26-da Aşqabadda (Türkmənistan) keçiriləcək «Turkmentel-2008» beynəlxalq sərgisində iştirak edəcək.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, şirkət sərgidə «Elektron məktəb» və «Elektron imza» layihələri üzrə təkliflər irəli sürməyi planlaşdırır. Sərgidə həm də NEXUS kompüter modelinin yenilikləri təqdim ediləcək.
Qeyd edək ki, sərgidə telekommunikasiya, informasiya texnologiyaları, məsafəölçən və ölçü cihazları, simsiz rabitə, teleradio yayımı avadanlığı və digər bölmələr üzrə nümayişlər təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR