Bank Of Baku

Yanvar-iyul aylarında Azərbaycanda göstərilən rabitə xidmətlərinin həcmi 34% artıb

Yanvar-iyul aylarında Azərbaycanda göstərilən rabitə xidmətlərinin həcmi 34% artıb
# 26 avqust 2008 09:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda telekommunikasiya və poçt müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə faktiki qiymətlərlə 503,6 mln. manatlıq rabitə xidmətləri göstərilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə göstərilən rabitə xidmətlərinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 34,3% artıb. Xidmətlərin 78,2%-i bilavasitə əhaliyə göstərilib.
Əldə olunmuş gəlirlərin 72,1%-i mobil telefon rabitəsindən yaranıb və ötən ilin yanvar-iyul ayları ilə müqayisədə bu xidmətlərin həcmi 39,7% artıb.
Rabitə xidmətlərinin həcmi Abşeron iqtisadi rayonunda 23%, Quba-Xaçmaz iqtisadi rayonunda 23,9%, Dağlıq Şirvan iqtisadi rayonunda 41,9%, Şəki-Zaqatala iqtisadi rayonunda 26,9%, Aran iqtisadi rayonunda 23,3%, Lənkəran iqtisadi rayonunda 26,3%, Gəncə-Qazax iqtisadi rayonunda isə 20,2% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR