Bank Of Baku

Azərbaycanda Əhalinin Dövlət Reyestrinin formalaşdırılması və inkişafı layihəsi çərçivəsində iki tenderə start verilib

Azərbaycanda Əhalinin Dövlət Reyestrinin formalaşdırılması və inkişafı layihəsi çərçivəsində iki tenderə start verilib
# 27 avqust 2008 13:27 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. BMT-nin İnkişaf Proqramının «Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin formalaşdırılması və inkişafı Layihəsi» çərçivəsində yeni formatda tikilmiş vətəndaşlıq vəziyyəti akt qeydlərinin müasir beynəlxalq standartlara uyğun saxlanılması üçün xüsusi arxiv avadanlığının təchizatı və vətəndaşlıq vəziyyəti aktlarının skanerləşdirilmiş formalarından istifadə edərək məlumatların elektron formata köçürülməsi ilə bağlı müvafiq tenderlər elan edilib.
Hər iki tender üzrə sənədlərin qəbulu avqustun 27-dən etibarən başlanılıb. Sənədlər Ədliyyə Nazirliyi Əhalinin Dövlət Reyestri Xidmətinin inzibati binasında qəbul edilir. Hər iki tender üzrə təkliflər zərflərinin açılması prosedurları bu ilin sentyabr ayının 18-də keçiriləcək.
Layihə çərçivəsində bütün satınalma müqavilələri ƏDV-dən azad olunduğu üçün bütün qiymətlər ƏDV-siz göstərilməlidir. Hər bir tenderdə iştirak etmək üçün 350 ABŞ dolları məbləğində iştirak haqqı ödənilməlidir. Təhvil verilmiş işlərdə nöqsanlar aşkar olunduğu halda onların qısa müddət ərzində aradan qaldırılmasının təmin edilməsi barədə məlumat tender təklifində əks olunmalıdır.
Qeyd edək ki, tender təkliflərinin qəbulu sentyabrın 17-də başa çatır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR