Bank Of Baku

Naxçıvan-Gəncə sərnişin aviareysinin dayandırılmasından bir il ötür

Naxçıvan-Gəncə sərnişin aviareysinin dayandırılmasından bir il ötür
# 28 avqust 2008 08:16 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu – APA. Bu ilin avqust ayında «Azərbaycan Hava Yolları» QSC-nin Naxçıvan-Gəncə marşrutu ilə sərnişin aviareyslərinin dayandırılmasının bir ili tamam olur. APA-nın Naxçıvan bürosunun məlumatına görə, hazırda Naxçıvan Hava Limanının kassalarında bu istiqamətə bilet satışını həyata keçirən satış bölmələri ləğv edilib.
Naxçıvan Hava Limanından reyslərin hansı səbəbdən bərpa edilməməsi barədə dəqiq məlumatın olmadığı bildirilir. Sərnişinlər isə onlara sözügedən reyslərin ümumiyyətlə ləğv olunduğu haqqında məlumat verildiyini deyirlər.
Xatırladaq ki, Naxçıvan Hava Limanındakı sərnişin sıxlığı ilə əlaqədar ötən ilin avqustun sonunda Naxçıvan-Gəncə-Naxçıvan reysləri dayandırılıb. Reyslər həftənin I, III və V günləri həyata keçirilib. Bununla bağlı Bakı-Gəncə marşrutu ilə uçuşlar yerinə yetirən təyyarə bu marşrutdan çıxarılaraq Bakı-Naxçıvan reysinə keçirilib. Bu səbəbdən də ötən ilin avqust ayından bu ilin fevral ayına kimi Bakı-Gəncə marşrutu ilə aviareyslər yerinə yetirilməyib.
«Azərbayjan Hava Yolları» QSC-dən «APA-Economics»ə bildirilib ki, Naxçıvan-Gəncə aviareysinin ləğv olunması barədə məlumatlar həqiqətə uyğun deyil və marşrutun bərpa edilməsi planlaşdırılır. Lakin aviareyslərin nə zaman bərpa olunması haqqında dəqiq məlumat verilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR