Bank Of Baku

Bakıdan aeroporta gedən avtomobil yolunda tikinti işləri bu ilin IV rübündə başa çatacaq

Bakıdan aeroporta gedən avtomobil yolunda tikinti işləri bu ilin IV rübündə başa çatacaq
# 28 avqust 2008 08:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin dördüncü rübündə Bakı şəhərində Əzizbəyov dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunda həyata keçirilən yenidənqurma və tikinti işləri başa çatdırılacaq.
Azərbaycan Nəqliyyat Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu ərazidə uzunluğu 97 metr olan yeni körpü inşa edilir. Yolun ümumi uzunluğu 13,2 km, Sabunçu dairəsinədək olan hissə 12 zolaqlı, oradan hava limanına qədər olan hissə isə 8 zolaqlı olacaq. Asfalt-beton örtüyünün qalınlığı 27 sm, hərəkət zolaqlarının eni isə 3,75 metr olacaq. Bu da ən müasir beynəlxalq standartlar səviyyəsinə cavab verəcək.
Qeyd edək ki, Əzizbəyov dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunun tikinti və yenidənqurma işlərinə 2007-ci ilin mart ayında başlanılıb. Layihənin ümumi dəyəri 150 mln. ABŞ dolları, yeni yolun tikintisi isə 35-40 mln. dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR