Bank Of Baku

«Volkswagen» avtomobil şirkəti Moskvada keçirilən beynəlxalq sərgidə yeni idman sedanını təqdim edib

«Volkswagen» avtomobil şirkəti Moskvada keçirilən beynəlxalq sərgidə yeni idman sedanını təqdim edib
# 28 avqust 2008 09:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Almaniyanın «Volkswagen» avtomobil şirkəti Moskvada keçirilən beynəlxalq avtomobil sərgisində yeni «Passat CC» idman sedanını təqdim edib.
«APA-Economics»in məlumatına görə, marketoloqlar bu modelə «dördqapılı kupe» adını veriblər. Yeni «Passat CC» modeli üç növ benzin mühərriki ilə təchiz olunacaq. Bunlar 1,8 litr həcmində (160 at gücü), 2,0 litr həcmində (200 at gücü) və 3,6 litr həcmində (300 at gücü) mühərriklərdir. Bundan başqa, yeni avtomobil iki növ dizel mühərriki ilə də təchiz olunacaq. Belə ki, «Passat CC» modelinə 140 və 170 at gücündə olan dizel mühərrikləri quraşdırılacaq.
Qeyd edək ki, Rusiyada yeni «Passat CC» modelinin satışına bu ilin payızında başlanacaq. Avtomobilin satış qiyməti isə təxminən 940 min Rusiya rublu (38,2 min ABŞ dolları) təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR