Bank Of Baku

«Azercell»in «Qızıl nömrə və telefon» kampaniyasında yeni seriyalı nömrələr də iştirak edəcək

«Azercell»in «Qızıl nömrə və telefon» kampaniyasında yeni seriyalı nömrələr də iştirak edəcək
# 28 avqust 2008 15:17 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti ötən ilin dekabrın 14-dən start verdiyi «Qızıl nömrə və telefon» kampaniyasında yeni seriyalı nömrələr də iştirak edəcək.
«Azercell»dən «APA-Economics»ə verilən məlumata görə, indiyədək kampaniya çərçivəsində Samsung SGH-i710, Samsung SGH-G600, Nokia 6500, Nokia 6120, Sony-Ericsson P1, Sony-Ericsson K810 markalı telefonları alan şəxslərə yalnız (050) 223- (050) 224 seriyasından ibarət olan qızıl nömrələri hədiyyə olunurdusa, bundan sonra (050) 236 seriyalı nömrələr də kampaniyada iştirak edəcək. Kampaniyaya qoşulan şəxs bununla yanaşı, Optimist tarif paketini, 60 dəqiqə pulsuz şəbəkədaxili danışıq imkanını və Daimi GizletCell (SOCLIR) xidmətini əldə edəcək.
Qeyd edək ki, «Qızıl nömrə və telefon» kampaniyası bu ilin dekabrında yekunlaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR