Bank Of Baku

Azərbaycanda ilk İT Klub fəaliyyətə başlayıb

Azərbaycanda ilk İT Klub fəaliyyətə başlayıb
# 29 avqust 2008 08:10 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycanda ilk dəfə informasiya texnologiyaları mütəxəssislərini özünə birləşdirən İT Klub yaradılıb.
«APA-Economics»in məlumatına görə, klubun vitse-spikeri Murad Qasımov bildirib ki, «Caspel» şirkətinin dəstəyi və İBM korporasiyasının sponsorluğu ilə yaradılan bu qeyri-kommersiya təşkilatı Azərbaycanda İKT-nin inkişafına xidmət edəcək. M.Qasımovun sözlərinə görə, Azərbaycanda İT sektoru neft sektorundan sonra daha yüksək inkişaf etmiş ikinci sahə hesab edilsə də, İT mütəxəssislərinin birlikdə yeni imkanlarla bağlı müzakirə aparmaq imkanı olmayıb. Bu klubun vasitəsilə İT mütəxəssisləri bu sektorda baş verən ən son yeniliklər barədə məlumat alacaq, şirkətlərin bir-biri ilə daha yaxın əlaqələr qurması imkanı yaradılacaq.
İT Klub təcrübə mübadiləsinin aparılması üçün yeni effektiv sistemin yaradılması, klub üzvləri arasında əlaqələrin möhkəmlənməsi üçün mütəxəssislərin görüşünün təşkili, birgə layihələrin icrası, informasiya texnologiyaları sahəsində dünya təcrübəsinin öyrənilməsi ilə məşğul olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR