Bank Of Baku

Azərbaycan transsərhəd çaylarda apardığı son monitorinqin nəticələrini açıqlayıb

Azərbaycan transsərhəd çaylarda apardığı son monitorinqin nəticələrini açıqlayıb
# 01 sentyabr 2008 12:41 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çayları və onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə avqust ayının üçüncü ongünlüyündə keçirdiyi növbəti monitorinqin nəticələrini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Kür çayının Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddini (YVQH) dəfələrlə keçməsi müşahidə olunub. Çayın Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 4, Ağstafaçayda fenollar və mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 4, mis birləşmələri 3 dəfə YVQH-i keçib. Biogen maddələrdən ammonium, nitrat və nitrit ionları norma daxilindədir.
Ermənistan ilə transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıq müşahidə olunub. Çayın Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 4 dəfə, I Şahsevən və Bəhramtəpədə isə fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-i keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 4,93-6,64 mq/l arasında dəyişərək norma daxilindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR