Bank Of Baku

«Nar Mobile» abunəçiləri üçün yeni «Ailəm» tarif paketi istifadəyə verilib

«Nar Mobile» abunəçiləri üçün yeni «Ailəm» tarif paketi istifadəyə verilib
# 01 sentyabr 2008 12:55 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) bu ilin sentyabrın 1-dən etibarən öncədən ödənişli tarif planlarının abunəçiləri üçün yeni «Ailəm» tarif paketini istifadəyə verib.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Ailəm» tarif paketi bütün ailə üzvlərinə istifadə etdikləri tarif planını dəyişmədən, öz aralarında ən ucuz tariflə - dəqiqəsi 2 qəpikdən danışa biləcəklər. Güzəştli tariflə danışmaq üçün abunəçi öz fərdi Qapalı Qrupunu yaratmalıdır. Qrup «Ailəm»in başçısı tərəfindən yaradılır və burada 1-3 nəfər iştirakçı dəvət edilir. Hər abunəçi yalnız bir «Ailəm» qrupuna üzv ola bilər. Qrupu yaratmaq üçün abunəçi *777#7#71#Yes kodunu yığmalı, yaxud SMS vasitəsilə 7#71 kodunu 777 nömrəsinə göndərməli və ya 7777 nömrəsinə zəng etməlidir. Xidməti aktivləşdirdikdən sonra «Ailəm» qrupuna yeni iştirakçıları dəvət etmək lazımdır. Qrup başçısı bunun üçün *777#7#72#abunəçinin nömrəsi#Yes şifrəsini yığmalı, yaxud 777 nömrəsinə SMS vasitəsilə 7#72#abunəçinin nömrəsi kodunu göndərməli və ya 7777 nömrəsinə zəng etməlidir. Dəvət olunan abunəçilər «aile» sözünü SMS vasitəsilə 777 nömrəsinə göndərməklə dəvəti qəbul edirlər və qrupun üzvü olurlar.
Qeyd edək ki, «Azerfon» MMC şirkətinə Azərbaycan ərazisində GSM standartlı mobil rabitə xidmətləri göstərməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 2005-ci il dekabrı 30-da lisenziya verilib. Şirkət kommersiya fəaliyyətinə 2007-ci il martın 21-də başlayıb. Hazırda «Nar Mobile» şəbəkəsindən 500 mindən çox abunəçi istifadə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR