Bank Of Baku

“Akkord”un inşa etdiyi yeni yaşayış kompleksinin təqdimatı olub - FOTO

“Akkord”un inşa etdiyi yeni yaşayış kompleksinin təqdimatı olub - <font color=red>FOTO</font>
# 05 sentyabr 2008 16:16 (UTC +04:00)
Bakı - APA. «Akkord» Şirkətlər Qrupu inşa etdiyi daha bir yaşayış sahəsini sakinlərin ixtiyarına verib. Şirkətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən APA-ya daxil olan məlumata görə, paytaxtın Xətai rayonunda, «Həzi Aslanov» metrostansiyasının yaxınlığında yerləşən 6 binadan ibarət yaşayış kompleksi bu gün sakinlərə təqdim olunub. Bakı şəhərinin ümumi ansamblı ilə harmoniya təşkil edən binaların tikintisində yüksək keyfiyyətli tikinti materiallarından istifadə edilib, binalar möhkəm seysmik konstruksiyaya malikdir, ventilyasiya, yanğınsöndürmə və drenaj sistemləri ilə təchiz olunub, evlərdə mərkəzləşdirilmiş istilik sistemi quraşdırılıb. Bundan başqa, mini rəqəmsal telefon mərkəzi, daimi isti və soyuq su, ehtiyat generatorlar, yeraltı qarajlar və 24 saatlıq mühafizə də sakinlərin ixtiyarındadır.

Kompleksin açılış mərasimində iştirak edən «Akkord» Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Hikmət Qəribov və Xətai RİH-in rəhbəri Razim Məmmədov rəmzi qırmızı lenti kəsiblər. Mərasimdə ənənəyə uyğun olaraq sakinlər arasında qiymətli məişət əşyalarından ibarət uduş kampaniyası da keçirilib. Kompleksin 120 sakini bu hədiyyələrə sahib olub.

Tədbirdə yaxın vaxtlarda «Akkord»un Yasamal rayonunda inşa etdiyi 220 mənzilli binanın da sakinlərin ixtiyarına veriləcəyi bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR