Bank Of Baku

Azərbaycanda «Rabitə sorğu-2008» xidməti fəaliyyət göstərəcək

Azərbaycanda «Rabitə sorğu-2008» xidməti fəaliyyət göstərəcək
# 08 sentyabr 2008 07:44 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyində sentyabrın 10-dan oktyabrın 10-dək «Rabitə sorğu-2008» xidməti fəaliyyət göstərəcək.
Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, bu xidmətin təşkilində məqsəd telekommunikasiya, poçt, radio, televiziya yayımı, İnternet və digər rabitə xidmətlərinin keyfiyyətini yaxşılaşdırmaq, xidmət mədəniyyətini yüksəltmək, müraciət və təklifləri təhlil edərək tədbir görməkdir.
«Rabitə sorğu-2008» həftənin iş günləri səhər saat 10:00-dan 17:00-dək işləyəcək. Sorğuda iştirak etmək istəyənlər (+994 12) 443-49-10 nömrəli telefona zəng edə və ya [email protected] elektron ünvanı vasitəsilə fikir, təklif və iradlarını bildirə bilərlər. Bu xidmətə görə respublikanın bütün bölgələrindən edilən zənglər pulsuz olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR