Bank Of Baku

Azərbaycanda «Rabitə sorğu-2008» xidməti fəaliyyətə başlayıb

Azərbaycanda «Rabitə sorğu-2008» xidməti fəaliyyətə başlayıb
# 10 sentyabr 2008 14:39 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyində sentyabrın 10-dan «Rabitə sorğu-2008» xidməti fəaliyyətə başlayıb.
Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, oktyabrın 10-dək davam edəcək xidmətin məqsədi telekommunikasiya, poçt, radio, televiziya yayımı, İnternet və digər rabitə xidmətlərinin keyfiyyətini yaxşılaşdırmaq, xidmət mədəniyyətini yüksəltmək, müraciət və təklifləri təhlil edərək tədbir görməkdir.
«Rabitə sorğu-2008» həftənin iş günləri səhər saat 10:00-dan 17:00-dək işləyəcək. Sorğuda iştirak etmək istəyənlər (+99 412) 443-49-10 nömrəli telefona zəng edə və ya [email protected] elektron ünvanı vasitəsilə fikir, təklif və iradlarını bildirə bilərlər. Bu xidmətə görə respublikanın bütün bölgələrindən edilən zənglər pulsuz olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR