Bank Of Baku

Azərbaycan Ümumdünya Poçt İttifaqının iki tədbirində iştirak edəcək

Azərbaycan Ümumdünya Poçt İttifaqının iki tədbirində iştirak edəcək
# 10 sentyabr 2008 15:00 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva –APA-Economics. Bu il oktyabrın əvvəlində Ümumdünya Poçt İttifaqının (ÜPİ) Poçt İstismarı Şurasının, noyabrın əvvəlində isə Adminstrativ Şurasının iclası keçiriləcək. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirlərin tarixləri və gündəliyi hələ müəyyənləşdirilməyib.

Hər iki tədbirdə ölkəmizi RİTN-nin nümayəndələri təmsil edəcək.

Azərbaycan ÜPİ-nin hər iki ali orqanına bu qurumun iyulun 23-dən avqustun 12-dək keçirilən 24-cü konqresində üzv qəbul edilib.

Qeyd edək ki, ölkəmiz ÜPİ-yə 1993-cü ilin aprelində üzv olub. Təşkilata 191 ölkə üzvdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR