Bank Of Baku

Azərbaycanda torpaq sahələrinin hərrac və müsabiqə yolu ilə satılması qaydaları hazırlanıb

Azərbaycanda torpaq sahələrinin hərrac və müsabiqə yolu ilə satılması qaydaları hazırlanıb
# 11 sentyabr 2008 08:33 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov bildirib.
Qaydaların layihəsi artıq baxılmaq üçün Nazirlər Kabineti və Prezidentin İcra Aparatına təqdim olunub. Yaxın vaxtlarda sənədin təsdiq olunması gözlənilir. «Bu qaydalar təsdiq olunandan sonra bələdiyyələrin qanunsuz, hərrac və müsabiqə keçirmədən torpaq satışına son qoyulacaq», - deyə Q.Məmmədov vurğulayıb.
Q.Məmmədovun sözlərinə görə, əvvəllər qanunda göstərilirdi ki, bələdiyyələr torpaqları birbaşa müsabiqə və hərrac yolu ilə sata bilər: «Bu «birbaşa» ifadəsi də qanunsuz torpaq satışlarına yol açdı. Bələdiyyələr hərrac və müsabiqə keçirmədən torpaqları birbaşa satırdılar. Birbaşa verilmiş torpaqlar dövlət reyestrindən gizlədilir, biz də uçot və qeydiyyatı apara bilmirdik».
Qeyd edək ki, hazırda Azərbaycanda 2 777 bələdiyyə var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR