Bank Of Baku

Azərbaycanın şimalında inşa olunan Taxtakörpü su anbarı 2011-ci ildə istifadəyə veriləcək

Azərbaycanın şimalında inşa olunan Taxtakörpü su anbarı 2011-ci ildə istifadəyə veriləcək
# 11 sentyabr 2008 09:37 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın şimal bölgəsində inşa olunan Taxtakörpü su anbarında tikinti işləri 2010-cu ildə başa çatacaq. Bu barədə «APA-Economics»ə «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin sədri Əhməd Əhmədzadə məlumat verib.
Ə.Əhmədzadənin sözlərinə görə, anbarın 2011-ci ildə istifadəyə verilməsi planlaşdırılır: «Bu, ölkə üçün çox əhəmiyyətli və strateji layihədir. Anbar istifadəyə veriləndən sonra Bakı və Sumqayıt şəhərlərinin içməli, texniki suya olan tələbatları tam şəkildə ödəniləcək. Şimal regionu, Sumqayıt və Bakı da daxil olmaqla 4 milyona yaxın əhalinin içməli su ilə təchizatı yaxşılaşacaq. Bakıda və Sumqayıtda suyun qrafiklə verilməsi aradan qalxacaq», - deyə Ə.Əhmədzadə vurğulayıb.
Bununla yanaşı, Azərbaycanın şimal bölgəsi və Abşeron yarımadasının suvarma sistemi inkişaf edəcək. Belə ki, 150 min ha sahənin su təchizatı yaxşılaşdırılacaq, 30 min ha yeni suvarılan sahələr meydana gələcək.
Qeyd edək ki, Taxtakörpü su anbarı «Samur-Abşeron suvarma sisteminin yenidən qurulması Layihəsi» çərçivəsində tikilir. Layihəyə baş qurğunun, Samur-Abşeron kanalının 50 km hissəsinin bərpası və Xanarx kanalının tikintisi komponentləri daxildir. Ə.Əhmədzadənin sözlərinə görə, baş qurğu tikilərək istifadəyə verilib. Xanarx kanalının 67 km hissəsi tikilib ki, bu da Quba, Xaçmaz və Dəvəçidə 60 min ha sahənin suvarılmasını təmin edir. Hazırda Taxtakörpü su anbarı, su elektrik stansiyası ilə birlikdə Samur-Abşeron və Xanarx kanallarının tikintisi davam etdirilir.
Layihə dövlət büdcəsindən və Dövlət Neft Fondundan ayrılan vəsaitlər hesabına həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR