Bank Of Baku

Bakıda 500 minə yaxın özbaşına inşa olunmuş tikili var

Bakıda 500 minə yaxın özbaşına inşa olunmuş tikili var
# 12 sentyabr 2008 12:31 (UTC +04:00)
Bakı. Rəşad Sleymanov- APA-Economics. Azərbaycandakı qanunsuz tikililər barəsində tədbirlərin görülməsi nəzərdə tutulur. «APA-Economics»in bildirdiyinə görə, bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) rəisi Arif Qaraşov məlumat verib.

A.Qaraşovun sözlərinə görə, təkcə Bakıda 500 minə yaxın özbaşına inşa olunmuş tikili var: “Bu tikililərin artıq 90%-i müəyyənləşdirilib. Onların müqəddaratının həlli isə Dünya Bankı ekspertlərinin verdiyi qiymətdən asılı olacaq”.

A.Qaraşov onu da əlavə edib ki, Dünya Bankının ekspertləri bu təşkilatın dəstəyi ilə Azərbaycanda həyata keçirilən «Daşınmaz əmlakın qeydiyyatı» layihəsi çərçivəsində qanunsuz tikililərlə bağlı hesabat hazırlayacaqlar. Hesabat hazır olandan sonra məsələ hökumət qarşısında qaldırılacaq.

Xidmət rəisi qeyd edib ki, qanunsuz inşa edilmiş tikililərin böyük əksəriyyəti kommunikasiya xətlərinin mühafizə zolaqlarında yerləşir, sanitar, yanğın təhlükəsizliyi və s. tələblərə cavab vermir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR