Bank Of Baku

Xəzər Gəmiqayırma Zavodunun inşası layihəsinin texniki iqtisadi əsaslandırması Azərbaycan hökumətinə oktyabrda təqdim olunacaq

Xəzər Gəmiqayırma Zavodunun inşası layihəsinin texniki iqtisadi əsaslandırması Azərbaycan hökumətinə oktyabrda təqdim olunacaq
# 12 sentyabr 2008 12:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayının əvvəlində Cənubi Koreyanın STX şirkəti Bakı şəhəri yaxınlığında Xəzər Gəmiqayırma Zavodunun inşası layihəsinin texniki iqtisadi əsaslandırmasını Azərbaycan hökumətinə təqdim edəcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) icraçı direktoru Anar Axundov bildirib.
A.Axundovun sözlərinə görə, gələn həftə Azərbaycana STX şirkətinin və texniki iqtisadi əsaslandırmanın hazırlanması prosesinin məsləhətçisi Almaniyanın «Marine Service» şirkətinin nümayəndələri səfər edəcək: «Gələn həftə boyu layihənin səhmdarları ilə məsləhətçi şirkət arasında danışıqlar keçiriləcək. «Marine Service» şirkəti layihənin texniki iqtisadi əsaslandırmasının təhlilini başa çatdırır və mənim fikrimcə, bu ilin oktyabr ayında sənəd artıq bizə təqdim olunacaq».
Qeyd edək ki, 2008-ci ilin sentyabr-oktyabr aylarında layihə dəyərinin iştirakçılar arasında (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Koreyanın STX şirkəti və AİŞ) bölüşdürülməsinə dair baş sazişin imzalanması planlaşdırılır. Layihənin dəyəri isə texniki iqtisadi əsaslandırma hazır olandan sonra müəyyənləşəcək.
Xatırladaq ki, AİŞ və Koreyanın STX şirkəti arasında Bakı şəhəri yaxınlığında (Ələt qəsəbəsi) Xəzər Gəmiqayırma Zavodunun inşası layihəsi üzrə bir sıra memorandum imzalanıb, zavodun tikintisinə dair ilkin memorandum isə 2008-ci ilin aprel ayının 24-də Seulda (Cənubi Koreya) imzalanıb. Layihədə ARDNŞ-in payı 65%, STX – 25%, AİŞ – 10% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR