Bank Of Baku

“Təmiz Şəhər” İstehsalat Birliyinin ilkin nizamnamə kapitalı 500 min manat təşkil edəcək

“Təmiz Şəhər” İstehsalat Birliyinin ilkin nizamnamə kapitalı 500 min manat təşkil edəcək
# 12 sentyabr 2008 13:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakının məişət tullantılarından təmizlənməsi üçün yaradılmış “Təmiz Şəhər” İstehsalat Birliyinin ilkin nizamnamə kapitalı 500 min manat təşkil edəcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev bildirib.

Nazir həmçinin qeyd edib ki, müəssisənin yaradılmasına dair sənədlər aidiyyatı üzrə artıq müvafiq oraqanlara təqdim olunub.

Qeyd edək ki, ilkin olaraq müəssisənin 100% payı dövlətə məxsus olacaq. Lakin 5-7 ildən sonra zibilin emalı, daşınması və basdırılmasına özəl sektor, həmçinin bələdiyyə orqanları cəlb oluna bilər.

«Təmiz Şəhər» ASC dövlət müəssisəsi olmaqla, öz təsərrüfat fəaliyyətini müstəqil quracaq, onun ümumi idarəetmə və fəaliyyətinə nəzarət səlahiyyətləri isə İqtisadi İnkişaf Nazirliyinin formalaşdırdığı Müşahidə Şurası tərəfindən həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR