Bank Of Baku

«Azercell» Azərbaycan üzrə 20 yeni radio-baza stansiyası quraşdırıb

«Azercell» Azərbaycan üzrə 20 yeni radio-baza stansiyası quraşdırıb
# 12 sentyabr 2008 14:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti əhatə dairəsini genişləndirib.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, əhatə dairəsini genişləndirmək və mobil rabitənin keyfiyyətini artırmaq məqsədilə «Azercell» bu ilin avqust ayında 20 yeni stansiyanı abonentlərinin istifadəsinə verib. Avqustda istifadəyə verilən stansiyalardan 6-sı Bakı, 1-i Abşeron, digərləri isə Astara, İmişli, İsmayıllı, Lerik, Qəbələ, Qobustan, Quba, Tərtər, Tovuz, Ucar və Zaqatala rayonlarının ərazisində quraşdırılıb.
Qeyd edək ki, sentyabr ayının əvvəlinə «Azercell»in 1 473 stansiyası fəaliyyət göstərir. Həmçinin 2 rezervləşdirilmiş abonent bazası, 15 baza stansiyalarına nəzarətçi sistemi, 16 mobil rabitə kommutasiya mərkəzi quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR