Bank Of Baku

Gəncə-Moskva aviareysinin həyata keçirilməsində problem yaranıb

Gəncə-Moskva aviareysinin həyata keçirilməsində problem yaranıb
# 12 sentyabr 2008 16:11 (UTC +04:00)
APA-nın qərb bürosunun xəbərinə görə, sentyabrın 4-də Moskvadan Gəncəyə yerinə yetirilməli olan reys sentyabrın 11-nə təxirə salınsa da, dünən də bu reyslə sərnişin daşınması mümkün olmayıb. Gəncədən Moskvaya uçmalı olan 90-dan çox sərnişin əlində bilet aeroportda reysin həyata keçirilməsini gözləyir.

Reysi həyata keçirən Rusiyanın «Domodedovo aviaxətləri» şirkətinin Gəncə üzrə nümayəndəsi Eldəniz Səfərov APA-nın yerli bürosuna bildirib ki, reysin təxirə salınması texniki problemlərlə bağlıdır. Məlumata görə, Moskvadan Gəncəyə təyyarənin bu gün yerli vaxtla saat 23:00-da gəlməsi gözlənilir.
Qeyd edək ki, Moskva-Gəncə-Moskva aviareysi hər həftənin cümə axşamı həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR