Bank Of Baku

Azərbaycanda su və meliorasiya sisteminin inkişafına dair dövlət proqramı hazırlanıb

Azərbaycanda su və meliorasiya sisteminin inkişafına dair dövlət proqramı hazırlanıb
# 15 sentyabr 2008 10:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycanda meliorasiya və su təchizatı sisteminin yenidən qurulması və inkişafını nəzərdə tutan dövlət proqramının layihəsi hazırlanıb. Bu barədə «APA-Economics»ə açıqlamasında «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin sədri Əhməd Əhmədzadə məlumat verib.
«Proqramda Azərbaycanın meliorasiya sisteminin yenidən qurulması, inkişafı, çoxlu sayda su anbarları və magistral kanalların tikintisi, torpaqların meliorasiya və su təchizatı məsələlərinin yaxşılaşdırılması əksini tapıb», - deyə Ə.Əhmədzadə vurğulayıb.
Ə.Əhmədzadənin sözlərinə görə, proqram 2009-2015-ci illəri əhatə edəcək. Hazırda proqramın layihəsinə prezident administrasiyasında baxılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR