Bank Of Baku

Azərbaycan Ermənistanın işğal etdiyi Sərsəng su anbarının baxımsızlıqdan qəza vəziyyətinə düşməsindən narahatdır

Azərbaycan Ermənistanın işğal etdiyi Sərsəng su anbarının baxımsızlıqdan qəza vəziyyətinə düşməsindən narahatdır
# 15 sentyabr 2008 10:34 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan hökumətinin Ermənistanın işğalı altında olan Sərsəng su anbarı ilə bağlı beynəlxalq təşkilatlar qarşısında qaldırdığı məsələyə bu günədək heç bir reaksiya verilməyib. Bunu «APA-Economics»ə açıqlamasında «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin sədri Əhməd Əhmədzadə bildirib.
Ə.Əhmədzadənin sözlərinə görə, Azərbaycan tərəfi dəfələrlə müvafiq beynəlxalq təşkilatlar qarşısında işğal nəticəsində baxımsız qalmış Sərsəng su anbarının vəziyyətinə dair narahatçılığını çatdırıb: «Biz anbarın baxımsızlıqdan qəza vəziyyətinə düşməsindən narahatıq. Ermənilər yaz-yay mövsümlərində aran ərazilərdə suya ehtiyac yarandıqda anbardan verilən suyun qarşısını kəsirlər. Anbarda normadan artıq suyun toplanması nəticəsində isə bəndlərdə qəza baş verə bilər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR