Bank Of Baku

Əhməd Əhmədzadə: «Yaxın ilərdə Azərbaycanda yeni su anban və kanalları tikiləcək»

Əhməd Əhmədzadə: «Yaxın ilərdə Azərbaycanda yeni su anban və kanalları tikiləcək»
# 15 sentyabr 2008 10:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycanda «2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»nın icrasını təmin etmək məqsədi ilə meliorasiya və su təsərrüfatı sistemində bir sıra iri layihələrin reallaşdırılması nəzərdə tutulur. Bu barədə «APA-Economics»ə «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin sədri Əhməd Əhmədzadə məlumat verib.
Ə.Əhmədzadə bildirib ki, növbəti illərdə bir sıra yeni magistral su kanallarının çəkilməsi, subartezian quyuların qazılması, mövcud suvarma şəbəkəsinin yenidən qurulması və su anbarlarının tikintisi planlaşdırılır.
«Yaxın vaxtlarda Şəmkir su anbarının tikintisinə başlanacaq. Bu layihənin iqtisadi cəhətdən səmərəliliyi yüksəkdir. Anbar istifadəyə veriləndən sonra qərb bölgəsində nasos stansiyalarına bir ildə çəkilən xərclər 18 mln. manatadək azalacaq. Eyni zamanda anbarın üzərində 25 MVt-lıq su elektrik stansiyası inşa olunacaq», - deyə Ə.Əhmədzadə vurğulayıb.
Bundan başqa, Neftçala suvarma kanalının tikintisi, Biləsuvarda reallaşdırılan meliorasiya layihələri başa çatacaq.
Təşkilat rəhbərinin sözlərinə görə, hazırda Azərbaycanda əkilmiş sahələrin 90%-i suvarılan ərazilərin payına düşür: «Son illər meliorasiya sahəsinə yönəldilən vəsaitlər artır. Qeyd edim ki, 2003-cü ildən indiyədək ötən 5 ildə dövlət büdcəsindən bu sahəyə kapital qoyuluşu 22 dəfəyə yaxın artıb».
Ə.Əhmədzadə onu da bildirib ki, hazırda 1000 hektar sahə üçün axınlı suvarma şəbəkəsinin qurulmasına 5 mln. manat investisiya lazım olduğu halda, çiləmə üsulu ilə şəbəkənin qurulması üçün bu ən azı 10-12 mln. manatdır: «Çiləmə üsulu ilə torpağın məhsuldarlığını 2 dəfə artırmaq, eyni zamanda suya qənaət etmək mümkündür. Əgər öz axını ilə 1 ha sahəni suvarmağa 1000 kubmetr su lazımdırsa, çiləmə üsulunda bu 400 kubmetrə çatır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR