Bank Of Baku

Azərbaycan dəmiryolçuları Koreyada kurs keçib

Azərbaycan dəmiryolçuları Koreyada kurs keçib
# 15 sentyabr 2008 13:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Dövlət Dəmir Yolunun (ADDY) bir qrup mütəxəssisi Seulda (Cənubi Koreya) səfərdə olub. Bu barədə «APA-Economics»ə ADDY-nin mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində ADDY mütəxəssisləri Seul şəhərində «Azərbaycan dəmir yolu mütəxəssis tədqiqat məşğələsi təhsili» adlı treninq təlim kursları keçib. Kursların sonunda hər bir mütəxəssisə xüsusi sertifikat təqdim olunub.
Cənubi Koreyada tərtib olunmuş proqrama əsasən, texniki kurslar keçirməklə yanaşı azərbaycanlı mütəxəssislərin Koreya dəmir yollarının mövcud vəziyyəti, yüksək və adi sürətli qatarlarda gəzinti, lokomotiv və vaqonların qurulması, yüksək sürətli qatarların təmiri zavodlarına, həmçinin «Hyundai», POSC/O, ROTEM zavodlarına ekskursiyaları təşkil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR