Bank Of Baku

Azərbaycanda radiomonitorinq sisteminin təşkili məsələsini alman və azərbaycanlı mütəxəssisləri birlikdə müzakirə ediblər

Azərbaycanda radiomonitorinq sisteminin təşkili məsələsini alman və azərbaycanlı mütəxəssisləri birlikdə müzakirə ediblər
# 15 sentyabr 2008 15:20 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Dövlət Radiotezliklər İdarəsinin (DRİ) baş mühəndisi İlham Əfəndiyev və tezliklər şöbəsinin rəisi Nadir Sadıqov Almaniyada səfərdə olublar.
İdarədən «APA-Economics»ə verilən məlumata görə, bu gün yekunlaşan səfər çərçivəsində Hamburq və Münhendə aidiyyəti qurumların nümayəndələri ilə görüşlər keçirilib. Görüşlərdə Azərbaycanda radiomonitorinq sisteminin təşkili məsələsi müzakirə edilib, Almaniyanın bu sahədəki təcrübəsi öyrənilib.
Qeyd edək ki, 2008-ci ilin sonunadək Azərbaycan ölkənin efir məkanını qorumağa imkan verəcək milli radiomonitorinq sisteminin quraşdırılması üzrə şərt və təklifləri müəyyənləşdirməyi planlaşdırıb. Bu sistem vasitəsilə tezliklərin səmərəli istifadəsinin, elektron vasitələrin qeydiyyatı və uçotu, qeydiyyatdan kənar istifadənin qarşısının alınması, efir üzərində nəzarət, efir müdaxiləsinin qarşısının alınması təmin ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR