Bank Of Baku

Sentyabrın sonunda Azərbaycanın dəmir yolu təsərrüfatlarına baxış keçiriləcək

Sentyabrın sonunda Azərbaycanın dəmir yolu təsərrüfatlarına baxış keçiriləcək
# 16 sentyabr 2008 13:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu ilin sentyabr ayının üçüncü dekadasında Azərbaycan Dövlət Dəmir Yolu (ADDY) magistralının bütün təsərrüfatlarına komisyon payız baxışı keçiriləcək. Bu barədə «APA-Economics»ə ADDY-nin mətbuat xidmətindən məlumat verilib.
İdarə rəisinin əmri ilə keçiriləcək baxış zamanı təsərrüfatların vəziyyəti, binaların, tikililərin, ərazilərin saxlanması, istehsalat və texnoloji intizamın vəziyyəti, ADDY-nin stansiyalarında, müəssisələrində və təşkilatlarında hərəkətin təhlükəsizliyinin təmin olunması və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi, həmçinin təsərrüfatların qış mövsümünə hazırlıq vəziyyəti yoxlanılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR