Bank Of Baku

Azərbaycan «Trans Avro-Asiya-2008» beynəlxalq konfransında iştirak edəcək

Azərbaycan «Trans Avro-Asiya-2008» beynəlxalq konfransında iştirak edəcək
# 16 sentyabr 2008 13:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nəqliyyat Nazirliyinin nümayəndəsi sentyabrın 24-25-də Astanada (Qazaxıstan) keçiriləcək «Trans Avro-Asiya-2008» VII beynəlxalq konfransda iştirak edəcək. «APA-Economics»in bildirdiyinə görə, bu barədə Nəqliyyat Nazirliyi Beynəlxalq əlaqələr Departamentinin rəisi Fikrət Babayev məlumat verib.
F.Babayevin sözlərinə görə, tədbirdə Azərbaycanı nazirlik aparatının rəhbəri Cavid Nəcəfov təmsil edəcək.
Avropa, Asiya, MDB və Baltikyanı ölkələrdən nümayəndələrin qatıldığı konfransda Mərkəzi Asiya ölkələrində nəqliyyat layihələri, perspektiv planlar və s. aktual məsələlər müzakirə olunacaq.
Sentyabrın 25-də isə Astanada «Tranzit Trans Qazaxıstan-2008» sərgisi keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR